Ana Sayfa > Karusel / Manşet > İsrailin yeni hökuməti parlamentdə etimad səsverməsi alıb

İsrailin yeni hökuməti parlamentdə etimad səsverməsi alıb


29-12-2022, 18:56. Yazar: Admin

İsrailin yeni hökuməti parlamentdə etimad səsverməsi alıb

İsrail parlamenti (Knesset) 1 noyabr seçkilərinin nəticələrinə əsasən, “Likud” partiyasının lideri Benyamin Netanyahunun yaratdığı hökumətə etimadın lehinə çıxış edib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat xidmətindən bildirilib.

 

Elektron səsvermə zamanı 120 deputatdan 63-ü yeni Nazirlər Kabinetinə etimad göstərilməsinin lehinə, 54-ü əleyhinə səs verib.

Netanyahu artıq İsrailin yeni Baş naziri kimi and içib və nazirlərin andiçmə mərasimi baş tutub.


Geri dön