Ana Sayfa > Karusel / Sosial > Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?
Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?29-12-2022, 17:52. Yazar: Admin |
Küləkli hava şəraiti dekabrın 29-u gecəyə doğru tədricən mülayimləşəcək. Qarabaginfo.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 23-28 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.7 metrə çatıb. Qeyd edək ki, dekabrın 30-u və 31-i, 2023-cü il yanvarın 1-4 tarixlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Həmçinin, mülayim cənub küləyi üstünlük təşkil edəcək.
Geri dön |