Ana Sayfa > Karusel > Rusiya Xarkova zərbələr endirdi

Rusiya Xarkova zərbələr endirdi


29-12-2022, 17:04. Yazar: Admin

Rusiya Xarkova zərbələr endirdi

 

Ukraynanın Xarkov vilayəti Rusiya tərəfindən aviazərbələrə məruz qalıb.

 

Qarabaginfo.az "NEXTA"ya istinadən xəbər verir ki, bu barədə vilayət rəsmisi İqor Terexov məlumat verib.

 

O bildirib ki, sənaye rayonuna hücum həyata keçirilib. Məlumata görə, dağıntılar və zərərçəkənlərlə bağlı informasiyalar dəqiqləşdirilir.

 

Xatırladaq ki, bu gün Ukraynanın Lvov, Odessa, Kiyev və digər şəhərlərinə də zərbələr endirilib.


Geri dön