Ana Sayfa > Karusel / Siyasət > Çavuşoğlu: "Laçın yolundakı son hadisələr Ermənistan üçün bir səmimiyyət testidir"

Çavuşoğlu: "Laçın yolundakı son hadisələr Ermənistan üçün bir səmimiyyət testidir"


29-12-2022, 11:30. Yazar: Admin

Laçın-Şuşa yolunda aksiya davam edir - SON VƏZİYYƏT

"Laçın yolundakı son hadisələr Ermənistan üçün bir səmimiyyət testidir".

Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada media nümayəndələri üçün ilin son toplantısında bildirib.

“Can Azərbaycanla əməkdaşlığımız iki ölkə arasında ola biləcək ən yüksək səviyyədədir”, - XİN başçısı vurğulayıb.

Türkiyənin Azərbaycanla yaxın həmrəylik içində olduğunu və Ermənistanla normallaşama prosesinin davam etdiyini bildirən Cavuşoğlu deyib ki, Laçın yolundakı son hadisələr Ermənistan üçün bir səmimiyyət testidir.

“Azərbaycanın torpaqlarının zənginliyinin qəsb edilməsinə çalışılması qəbuledilməzdir” deyən Cavuşoğlu Türkiyənin hər məsələdə olduğu kimi, bu məsələdə də Azərbaycanın yanında olduğunu qeyd edib.


Geri dön