Ana Sayfa > Karusel > Rusiya Ukraynanı raket atəşinə tutub

Rusiya Ukraynanı raket atəşinə tutub


29-12-2022, 11:21. Yazar: Admin

Kiyev

 

Ukraynanın paytaxtı Kiyev şəhərində Rusiyanın raket hücumu nəticəsində partlayışlar baş verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Strana” məlumat yayıb.

Qeyd olunub ki, Kiyev şəhəri ilə yanaşı Kiyev vilayətinin digər hissələrində də, həmçinin, Jitomir, Odessa və digər vilayətlər də atəşə tutulub. Bütün ölkə ərazisində hava həyəcanı siqnalı davam edir, hava hücumundan müdafiə (HHM) qüvvələri çalışır.

Həmçinin əlavə olunub ki, bu gün Ukrayna ərazisinə yüzlərlə raket atılacağı gözlənir.

Xatırladaq ki, bu gün səhərdən etibarən Rusiya Silahlı Qüvvələrinin Qara dənizdəki raket daşıyan gəmiləri hazır vəziyyətə gətirməsi barədə xəbərlər yayılıb. Gəmilərdə çoxlu sayda “Kalibr” raketlərinin olduğu bildirilib.


Geri dön