Ana Sayfa > Karusel > "Qoç ət"də qadının ölümü ilə bağlı cinayət işi başlanılıb
"Qoç ət"də qadının ölümü ilə bağlı cinayət işi başlanılıb29-12-2022, 10:22. Yazar: Admin |
"Qoç ət" KFT MMC-də qadının ölümü ilə bağlı cinayət işi başlanılıb. Hadisə dekabrın 28-də şirkətin paytaxtın Qaradağ rayonu, Lökbatan-Puta yolunda yerləşən kəsim sexində qeydə alınıb. Belə ki, həmin sexdə xadimə işləyən Pirməmmədova Rəqsanə Azad qızı elektrik ət qarışdırıcı qurğunu təmizləyən zaman onun hərəkətə gəlməsi nəticəsində hissələrinin arasında qalıb. Daha sonra qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məclləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. Report.az Geri dön |