Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Süleyman Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib
Ana Sayfa > Karusel / Manşet > Süleyman Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib

Süleyman Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib


28-12-2022, 20:58. Yazar: Admin

Süleyman Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov dekabrın 28-də Süleyman Neymətovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Qarabaginfo.az-ın məlumatına görə, Sərəncamda deyilir:

 

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Süleyman Əsgər oğlu Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilsin".

Qeyd edək ki, polis polkovniki Süleyman Neymətov bundan əvvəl Bakının Suraxanı rayon Polis İdarəsinin rəisi vəzifəsində xidmət edirdi.


Geri dön