Ana Sayfa > Karusel / Manşet > Məhkəmə-Hüquq Şurası: 20 nəfər gənc hakim məhkəmə sədri təyin edilib
Məhkəmə-Hüquq Şurası: 20 nəfər gənc hakim məhkəmə sədri təyin edilib28-12-2022, 20:21. Yazar: Admin |
Birinci instansiya məhkəmələri sədrlərinin və digər hakimlərin fəaliyyətinin yeni Qaydalara uyğun prinsipial qiymətləndirilməsi nəticəsində 50 məhkəmə sədri vəzifəsi üzrə təyinat aparılıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.
Bildirilib ki, uzun müddət eyni bölgədə işləyən məhkəmə sədrləri rotasiya edilmiş, habelə 20 nəfər, o cümlədən yeni qaydalarla seçilmiş gənc nəsil hakimlər ilk dəfə məhkəmə sədri vəzifəsinə irəli çəkilib. Geri dön |