Ana Sayfa > Karusel / Manşet > Ukraynaya verilən yardımın miqdarı açıqlandı

Ukraynaya verilən yardımın miqdarı açıqlandı


28-12-2022, 18:48. Yazar: Admin

Ukraynaya verilən yardımın miqdarı açıqlandı 

Ukrayna Milli Bankı dekabr ayı üzrə Maliyyə Sabitliyi Hesabatını dərc edib.

Qarabaginfo.az xəbər verir ki, 2022-ci ildə tərəfdaş ölkələrdən Ukraynaya elan edilən və göstərilən maliyyə, hərbi və humanitar yardımın ümumi məbləği 120 milyard dolları ötüb.

Milli Bankın məlumatına görə, 2022-ci ilin 11 ayı ərzində Ukrayna büdcənin maliyyələşdirilməsi üçün 28 milyard dollar əldə edib. Bu gəlirlərin 42%-i qrantlardır. Məlumata görə, BMT və Türkiyənin iştirakı ilə Rusiya ilə birgə bağlanan taxıl sazişi Ukraynanın tədiyyə balansına təzyiqi azaltmağa imkan verib.

Bank Ukraynaya 2023-cü ildə planlaşdırılan yardımı da açıqlayıb. Belə ki, ABŞ Ukraynaya 45 milyard dollar,  Avropa İttifaqı 18 milyard avro məbləğində yeni yardım paketi verəcək.


Geri dön