Ana Sayfa > Karusel > Vətəndaşların bank hesablarından pul OĞURLADILAR
Vətəndaşların bank hesablarından pul OĞURLADILAR28-12-2022, 11:27. Yazar: Admin |
Bakıda vətəndaşa qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən (DİN) Qarabaginfo.az-a verilən məlumata görə, bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında əməliyyat keçiriblər.
Əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində Salyan rayon sakini olan bir nəfərin bank hesabından 1422 manatını, Yasamal rayonu ərazisində isə Bakı şəhər sakini olan bir nəfərin bank hesabından 80 manatını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Məmməd Məmmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ramil Əliyev və qardaşı Amil müəyyən olunaraq saxlanılıblar.
Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır. Geri dön |