Ana Sayfa > Karusel / Qarabağ > Laçın yolunda aksiya keçirilən yerdən RSK-nın daha 4 avtomobili maneəsiz keçib 

Laçın yolunda aksiya keçirilən yerdən RSK-nın daha 4 avtomobili maneəsiz keçib 


28-12-2022, 11:18. Yazar: Admin

Laçın yolunda aksiya keçirilən yerdən RSK-nın daha 4 avtomobili maneəsiz keçib - FOTO - VİDEO - YENİLƏNİB

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

Qarabaginfo.az xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə məxsus 4 avtomobildən ibarət daha bir təminat kolonu Xankəndidən Laçın istiqamətinə keçib.

Avtomobil karvanının aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.


Geri dön