Ana Sayfa > Karusel > FETÖ-yə qarşı əməliyyat - Saxlanılanlar var

FETÖ-yə qarşı əməliyyat - Saxlanılanlar var


28-12-2022, 11:00. Yazar: Admin

FETÖ-yə qarşı əməliyyat - Saxlanılanlar var

 

Türkiyədə FETÖ terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.

 

Qarabaginfo.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Konya Prokurorluğu məlumat yayıb.

 

Bildirilib ki, əməliyyat Konya başda olmaqla, eyni vaxtda ölkənin 4 vilayətində həyata keçirilib. Sözügedən əməliyyat çərçivəsində ümumilikdə 3 nəfər saxlanılıb.

 

Saxlanılanların FETÖ-nün hərbi sferada şəbəkələşməsində iştirakına dair əsaslı şübhələrin olduğu qeyd edilib.

 

Hazırda saxlanılanlarla bağlı araşdırmaların aparıldığı və əməliyyatların bundan sonra da davam etdiriləcəyi barədə məlumat verilib.


Geri dön