Ana Sayfa > Karusel / Qarabağ > “O, Moskvadan gələrək hazıra yiyələnib” - Qarabağda nə baş verir?

“O, Moskvadan gələrək hazıra yiyələnib” - Qarabağda nə baş verir?


27-12-2022, 17:44. Yazar: Admin

“O, Moskvadan gələrək hazıra yiyələnib” - Qarabağda nə baş verir?

“Mənə elə gəlir ki, Qarabağda gedən proseslərdə hər tərəf özünün gəlir mənbələrini müəyyən dərəcədə gizlətməyə çalışır. Hazırda azərbaycanlı ekofəalların həyata keçirdiyi bu aksiya bir çox məsələdə Qarabağda yaşayan əhalinin gözünü açmaqdadır. Bu proses hələ yenicə başlayıb, geniş yayılmayıb. Amma getdikcə Qarabağ erməniləri daha çox görəcəklər ki, onlardan necə və nə cür istifadə ediblər”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.

O, separatçı qurum daxilində baş verən “hakimiyyət davası”ndan, o cümlədən “DQR”in “dövlət naziri” Ruben Vardanyanla, separatçı rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan arasında olan ziddiyyətlərdən söz açıb.

Mütəxəssisin fikrincə, bu məqamda həmin “qurum”un “rəhbərliyi”ndə təmsil olunan şəxslər təbii ki, öz gəlirlərini də bölməyə çalışırlar:

“Məsələn, Vitali Balasanyan deyə bilər ki, ağır günlərdən biz keçmişik, amma Ruben Vardanyan Moskvadan gəlib hazıra yiyələnib. Proses bu istiqamətdə davam edir.

O vaxtı ermənilər “Miatsum” hərəkatında birləşmə və müstəqillik istəyirdilər. Lakin buna rəhbərlik edən şəxslərin öz merkantil maraqları var idi. Əslində, bu marağa görə erməni əhali, o cümlədən də Qarabağda yaşayan ermənilərini alətə çeviriblər. Hesab edirəm ki, aralarındakı münaqişənin səbəbi budur”.

Müsahibimizin qənaətinə görə, separatçılar qismində Qarabağın gələcəyi ilə bağlı tərəflər arasında fikir ayrılığı ola bilər:

“Zənnimcə, Qarabağda sıravi əhali istisna olmaqla, “siyasət”lə məşğul olanların hamısının xəyalı və fikri birdir: onlar Qarabağı Azərbaycandan kənarda görmək niyyətindədir və yatıb bunu yuxuda görürlər”.

Separatçı rejim “rəhbərliyi” gözəl başa düşür ki, inteqrasiya prosesi davam etdikcə, onların vaxtilə törətdikləri və hazırda törətdikləri cinayətlər mütləq şəkildə araşdırılacaq və təqsirkarlar cəzasını çəkəcək.

Bu təqsirkarlar da əksəriyyəti sıravi xalqın nümayəndələri deyil, fırıldaqçı klanın üzvləridir. Gümanım belədir ki, yaxın gələcəkdə belə halları çox görəcəyik. Batan gəmini ilk tərk edən siçovullardır. Onlar da qaçaqaçada bir-birini tapdalayacaq”.


Geri dön