Ana Sayfa > Karusel / Region > Arayik yenə mülki erməniləri qabağa verdi
Arayik yenə mülki erməniləri qabağa verdi27-12-2022, 15:54. Yazar: Admin |
Bu gün bir dəstə Qarabağ ermənisi Xankəndidə Laçın yolu boyunca yürüşə çıxıb.
Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yürüş iştirakçılarına özünü “Vaqva Artsax” partiyasının lideri adlandıran Tiqran Petrosyan rəhbərlik edir. Dəstə Rusiya sülhməramlı qüvvələrinə doğru gedir. Onlar əllərində “Putin, sözünü tut, sənə inandıq” yazılmış plakat tutublar. Xatırladaq ki, belə aksiyalat ötən günlərdə də keçirlib, ancaq bir nəticə hasil olmayıb. Rusiya sülhməramlı qüvvələri separatçıların öyrətdiyi erməniləri geri qaytarıblar. Geri dön |