Ana Sayfa > Karusel > Bu il xarici siyasət uğurla həyata keçirilib - XİN rəhbəri

Bu il xarici siyasət uğurla həyata keçirilib - XİN rəhbəri


27-12-2022, 15:32. Yazar: Admin

 

AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİ

 

Azərbaycan bu il ərzində milli maraqlara söykənən xarici siyasətini uğurla həyata keçirib.

 

Qarabaginfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında bildirib.

 

"Xarci ölkələr ilə münasibətlərə gəldikdə bu il 69 ölkə ilə yubiley keçirilib. Azərbaycanın xarici siyasətində ilk yerlərdən biri qonşu ölkələrlə əlaqədir. Bu səbəbdən Azərbaycan və Türkiyə arasında əlaqələr daha da güclənib və inkişaf edib. Prezident il ərzində qardaş ölkəyə 3 dəfə səfər edib. Eyni zamanda Rusiya ilə əlaqələr də yüksək səviyyədədir. Qarşılıqlı səfərlər olmuş, prezident Rusiyaya il ərzində dörd səfər edib. Bundan başqa İranla da əlaqələr bu il Azərbaycan tərəfindən yüksək səviyyədə aparılır", - C.Bayramov qeyd edib.


Geri dön