Ana Sayfa > Karusel / Siyasət > Paşinyan Putinə ŞİKAYƏT ETDİ
Paşinyan Putinə ŞİKAYƏT ETDİ27-12-2022, 15:04. Yazar: Admin |
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə bu gün keçirilən ikitərəfli görüşdə deyib ki, müzakirə olunacaq ən vacib məsələ Laçın dəhlizi ətrafında yaranmış vəziyyətlə bağlıdır. O xatırladıb ki, üçtərəfli bəyanata əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır və Azərbaycan sərnişinlərin və yüklərin maneəsiz keçidinə zəmanət verib. "Amma belə çıxır ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında deyil. Və təbii ki, mən bu vəziyyəti, onun həlli üçün hansısa variantları müzakirə etmək istərdim", - Ermənistanın baş naziri bildirib. Paşinyan qəbula görə Rusiya liderinə təşəkkür edib və MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşünün yaxşı ənənəyə çevrildiyini qeyd edib. Geri dön |