Ana Sayfa > Karusel > Naxçıvanda DSX generalı işdən çıxarıldı - Yeni təyinat
Naxçıvanda DSX generalı işdən çıxarıldı - Yeni təyinat27-12-2022, 12:54. Yazar: Admin |
Dövlət Sərhəd Xidmətində (DSX) daha iki yüksək vəzifə üzrə kadr dəyişikliyi olub.
Qarabaginfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, kadr islahatları çərçivəsində DSX-nin rəis müavini, Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev vəzifəsindən azad olunub. O, qurumun mərkəzi aparatında idarə rəisi təyin olunub.
Digər əmrlə N.Tağıyevin yerinə polkovnik Bəhmən Babayev təyin olunub. B.Babayev bu təyinata qədər DSX-nin "Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsində çalışıb. Geri dön |