Ana Sayfa > Karusel / Hadisə > "Bandotdel" deputata məxsus olduğu deyilən aptekdə əməliyyat keçirib - Qeydiyyatsız dərman satırmış
"Bandotdel" deputata məxsus olduğu deyilən aptekdə əməliyyat keçirib - Qeydiyyatsız dərman satırmış27-12-2022, 11:36. Yazar: Admin |
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (Bandotdel) tərəfindən "Avromed”in lisenziyası ilə fəaliyyət göstərən Bakı şəhəri, Xətai rayonu Mehdi Mehdizadə küçəsində yerləşən "Urfan” adlı aptekə əməliyyat keçirilib.
Qaynarinfo.az-nun məlumatına görə, əməliyyata səbəb Arif adlı müştərinin sözügedən aptekdən 38 manata "Galvus Med” adlı qeydiyyatsız dərman alması olub. Nəticədə 2016-cı ilin yanvarından aptekdə məsul şəxs nəzarətçi işləyən, aptekin maliyyə mühasib işlərini aparan Orxan adlı şəxs saxlanılıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən 20 iyul 2022-ci il tarixdə keçirilən əməliyyat zamanı "Urfan" adlı aptekdən 2 qutu "Thincar”, 2 qutu "Arava", 2 qutu "Forziga”, 1 qutu "Evigen”, 1 qutu "Cyclo-Progynova”, 1 qutu "Eliquis”, 1 qutu "Poetal”, 1 qutu "Cleocin”, 1 qutu "Plavix”, 2 qutu "Viread", 1 qutu "Nootrapil”, 2 qutu "Mirena”, 1 qutu "Salofalk 4g/60g”, 3 qutu "Salofalk”, 1 qutu "Zoviraks”, 1 qutu "Veropamila”, 1 qutu "Bemiks Kompaze”, 1 qutu "Meteospasnyl”, 1 qutu "Travatan”, 1 qutu "Yazz”, 1 qutu "Xatral”, 1 qutu "Progestan”, 1 qutu "Menopur”, 2 qutu "Lithuril", 1 qutu "Ursofalk”, 6 qutu "Cialis 2 mg”, 2 qutu "Cialis 5 mg”, 4 qutu "Viagra”, 5 qutu "Dideral”, 1 qutu "Prelingalit”, 4 qutu "Diltizem”, 2 qutu "Transamine”, 5 qutu "Dostinex”, 2 qutu "Laroxyl”, 2 qutu "Tamoxifen”, 3 qutu "Vastarel”, 3 qutu "Janumet”, 6 qutu "Atarax”, 4 qutu "Norvasc”, 3 qutu "Diane”, 2 qutu "Jardiance”, 7 qutu "Nexium", 5 qutu "Prednisalone", 2 qutu "Visanne", 4 qutu "İsoptin”, 3 qutu "Aknetrent", 1 qutu "Rytmonorm”, 5 qutu "Bactrim”, 14 qutu "Prednol-L 25 mg”, 3 qutu "Arimidex”, 4 qutu "Beloc”, 6 qutu "Xarelto”, 3 qutu "Femara”, 4 qutu "Cardura 4 mg”, 2 qutu "Alphagen”, 5 qutu "Alfamet”, 1 qutu "Avmigran”, 2 qutu "Qalyviz”, 13 qutu "Proluton”, 4 qutu "Zyrtec”, 1 qutu "Devit-3”, 7 qutu "Tegretol”, 6 qutu "Crestor”, 5 qutu "Lamictal”, 3 qutu "Triplixam”, 2 qutu "Galvus Met 5 mg/1 mg”, 2 qutu "Paxil”, 1 flakon "Atarax 2 ml”, 5 qutu "RİF”, 3 qutu "Prozac”, 5 qutu "Allergen”, 1 qutu "Anti-fosfat”, 1 qutu "Ventolin”, 1 qutu "Anti-asidoz”, 1 qutu "Kapeda”, 2 konvolyut "Kapeda”, 15 qutu "Jetokain”, 8 qutu "Favimol”, 1 qutu "Ursactive”, 8 qutu "Pentasa” markalı dərman vasitələri aşkarlanaraq götürülüb. Yalnız "Favimol” markalı dərman preparatının dövlət qeydiyyatı olması aşkarlanıb.
Məhkəmə iclasında təqsirləndirilən Orxan adlı şəxs ona Cinayət Məcəlləsinin 200-1.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Həmin şəxs bildirib ki, aptekin lisenziyası "Avromed”in adınadır.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs təqsirli bilinərək, 1 il müddətinə dərman vasitələrinin satışı və idxalı fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Götürülən dərmanlar isə dövlət nəfinə müsadirə olunub.
Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, "Avromed Company” QSC millət vəkili Cavanşir Feyziyevə məxsus olduğu deyilir.
Geri dön |