Ana Sayfa > Karusel / Region > Naxçıvanda məşhur general işdən çıxarıldı

Naxçıvanda məşhur general işdən çıxarıldı


27-12-2022, 10:12. Yazar: Admin

Naxçıvanda məşhur general işdən çıxarıldı

"Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri haqda xəbər yayılıb.

Qarabaginfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri general-leytenant Niyaməddin Tağıyev tutduğu vəzifəsindən çıxarılıb.

N.Tağıyev paralel olaraq Dövlət Sərhəd Xidməti rəisinin müavinidir. Onun Bakıya çağırıldığı deyilir.

Başqa məlumata görə, Niyaməddin Tağıyevin yerinə artıq təyinat olub. Bakıdan göndərilən polkovnik Bəhmən Babayevin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsinə təsdiqləndiyi bildirilir.


Geri dön