Daxili İşlər Nazirliyinin təşkil etdiyi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ad gününə həsr olunmuş cüdo turnirində Nərimanov Rayon Mühafizə Polisi İdartəsinin əməkdaşı polis serjantı Turab Zalov 66 kq çəki dərəcəsində bütün rəqiblərinə ipponla qalib gələrək, I yerə layiq görülmüşdür. KİV-ə verdiyi müsahibədə T.Zalov bu qalibiyyətinə görə Baş Mühafizə Polisi İdarəsinin Kadrlar Şöbəsinin baş inspektoru polis polkovnik-leytenantı Nəsimi Quliyevə, Nərimanov Rayon Mühafizə Polisi İdarəsinin rəisi polis polkovnik-leytenantı Nasir Babayevə, İdarənin baş təlimatçı-inspektoru Səməd İbrahimova və ona turnir boyu mənəvi dəstək göstərmiş digər şəxslərə minnətdarlığını bildirmişdir. İdarənin təlimatçısı Səməd İbrahimov isə 2023-cü ildə Daxili işlər Nazirliyinin keçirəcəyi bir çox idman növləri üzrə yarışlarda Nərimanov Rayon Mühafizə Polisi İdarəsinnin əməkdaşlarının müxtəlif idman növləri üzrə məşqlərinin səmərəli nəticə verməsi üçün əlindən gələni əsirgəməyəcəyini söyləmişdir: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyev idmanımızın da böyük qayğıkeşidir. Dövlətimizin başçısının şərəfinə keçirilən idman yarışına bütün polis əməkdaşlarının böyük sevinc, məmnunluq hissi ilə qatıldıqları müşahidə olunur. Sözsüz ki, bu, onların ali Baş Komandana olan sevgilərindən irəli gəlir. Qələbəsi münasibətilə Turab Zalovun hazırlıq keçdiyi Azərbaycan Respublikası Əlbəyaxa Döyüş Nümayəndəliyi adından Nümayəndəliyin mətbuat katibi Orxan Rzazadə təbrik edir və yeni 2023-cü ildə uğurlarının sırasını artırmasını arzulayır.
Geri dön
|