Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə məxsus daha 4 yük avtomobilindən ibarət təminat kolonu Laçından Xankəndi istiqamətinə keçib.
Avtomobillərdən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb. Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.