Ana Sayfa > Karusel / Sosial > Pensiyalarda yeni amnistiya tətbiq olunacaq

Pensiyalarda yeni amnistiya tətbiq olunacaq


26-12-2022, 11:47. Yazar: Admin

Pensiyalarda yeni amnistiya tətbiq olunacaq

Bu gün Milli Məclisin Əmək və Sosial Siyasət komitəsində “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsi müzakirə olunub.

Qarabaginfo.az xəbər verir ki, dəyişikliklər artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur.

Qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Mövcud qanunvericiliyə əsasən, bu zaman müddət müəyyənləşdirilmədən artıq məbləğin geri ödənilməsi həyata keçirilirdi. Amma yeni dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq.

 


Geri dön