Ana Sayfa > Karusel / Gündəm > Çində Covid-19-a yoluxmalar artır, xəstəxanalar dolub
Çində Covid-19-a yoluxmalar artır, xəstəxanalar dolub26-12-2022, 10:30. Yazar: Admin |
Dekabrın ilk 20 günündə - Çin hökuməti koronavirusla bağlı 3 illik məhdudiyyətləri aradan qaldırdıqdan sonra 250 milyon insana COVID-19 diaqnozu qoyulub. Bu, ölkə əhalisinin 18 faizini təşkil edir. Qarabaqinfo. az-in “Financial Times”a istinadla məlumatına görə, təkcə ötən çərşənbə günü 37 milyon insan və ya əhalinin 2,6%-i koronavirusa yoluxub. Pekin və digər şəhərlərdəki xəstəxanalar epidemiya səbəbindən yaşlı, yataq xəstələri ilə dolub. Təcili yardım və reanimasiya şöbələrində az sayda boş çarpayı qalıb. Buna baxmayaraq, ölkə koronavirus məhdudiyyətlərindən imtinaya davam edir. Eyni zamanda “Financial Times” Pekində krematoriyaların cəsəd axınının öhdəsindən gələ bilmədiyini vurğulayıb. Bundan əlavə, son günlər KİV nümayəndələrinin baş çəkidiyi xəstəxanalardan cəsədlər yığılıb.APA Geri dön |