Ana Sayfa > Karusel / Manşet > 2023-cü ildə dünyanı nələr gözləyir? - ŞOK PROQNOZLAR

2023-cü ildə dünyanı nələr gözləyir? - ŞOK PROQNOZLAR


25-12-2022, 19:55. Yazar: Admin

2023-cü ildə dünyanı nələr gözləyir? - ŞOK PROQNOZLAR

2023-cü ildə dünya ölkələrini nələr gözləyir?

 

Qarabaginfo.az xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov növbəti illə bağlı gözləntilərini açıqlayıb.

 

İlk olaraq infilyasiyadan başlayaq:

 

• İnfilyasiya davam edəcək. 2023-cü ildə infilyasiyanın artım sürəti azalsa da, 2024-cü ilin ikinci rübünə qədər artım davam edəcək.

 

• Laboratoriyalarda yetişdirilən ət bəzi ölkələrdə satışa çıxarılacaq.

 

• Dünya bazarlarında neftin qiymətində dalğalanmalar yenə də olacaq. Amma ortalanma qiymət bu ildəkindən yuxarı olacaq. Müəyyən müddətdə isə 120 dolları ötəcək, hətta 130-a çatma ehtimalı da istisna deyil.

 

• Qızılın qiymətində artımlar olacaq. Çünki FES-nin bahalı dollar siyasətində yumşalmalara getməsi qızılın qiymətində artımlara səbəb olacaq.

 

• 2023-də geoiqtisadiyyat dövrü gəlib çatacaq. Çin və Qərbin yeni mübarizə formatına keçməsi diplomatiya, geosiyasət və iqtisadiyyatı mürəkkəb döyüş meydanında birləşdirəcək.

 

• İnkişaf etməkdə olan dövlətlər, nəhayət, ABŞ, Avropa və Yaponiyanın istədiyi kimi bütün addımları atmayacaq və mövcud dünya nizamını yıxacaqlar.

 

• Beynəlxalq ticarətdə əməliyyatların 1/3-dən çoxu dollarla aparılır, eyni zamanda dünya valyuta ehtiyatlarının 60%-i dollarda saxlanılır. ABŞ dünyanın əsas ehtiyat valyutasının emitenti kimi qlobal maliyyə sahəsində hegomonluğunu hələ qarşıdakı illərdə də saxlayacaq.

 

• Çin qlobal ticarətə və siyasətə daha çox təsir göstərməyə çalışacaq. Amma ABŞ-dan başqa Hindistanın da iqtisadi cəhətdən güclənməsi onun problemlərini artıracaq. Eyni zamanda Himalay dağlarında Hindistan-Çin gərginliyinin artma ehtimalı var.

 

• Dünya ölkələri infilyasiya ilə mübarizəyə görə uçot dərəcələrini kəskin artırmaq siyasətində nisbətən yumşaldılmaya gedəcəklər. Bu da iqtisadiyyatın daralmasının qarşısını almağa kömək edəcək.

 

• Qlobal ÜDM artımı 1.2% -1.5% ətrafında olacaq.

 

• ABŞ infilyasiyaya qarşı mübarizəyə görə kredit-monetar siyasətini sərtləşdirdiyi üçün onun iqtisadiyyatının 2023-cü il üçün artım proqnozunu 0,5%-dən çox olmasını gözləmək doğru deyil.

 

• Çinin 2023-cü ildə iqtisadi artımi 4%-dən yüksək olacaq.

 

• Rusiya hərbi siyasi arenada olduğu kimi iqtisadi cəhətdən çökməyə davam edəcək. Müharibənin növbəti ilin sonuna qədər davam etmə ehtimalı çox böyükdür.

 

• Qərbin dəstəyi Ukraynanı qalib edənə qədər Türkiyə beynəlxalq aləmdə nüfuzunu və günü daha artırmağa çalışacaq. Çünki, əks halda Rusiya üzərində istəyinə nail olan Qərb Rusiya- Ukrayna modelini Türkiyə-Yunanıstan münasibətlərinə tətbiq edə bilər.

 

• İranın parçalanmasını Qərb, ABŞ və Çin istəmir. Qlobal güclər bu dövlətdə rejimin dəyişməsini, iqtidara idarə edə bildikləri qüvvələrin gəlməsini istəyirlər. 2023-cü ildə də bu proses davam edəcək və molla rejimi ciddi islahatlara gedəcək.

 

• Avrapanın iqtisadi həyatında vəziyyət o qədər də yaxşı olmayacaq. Ukraynadan qaçqın axınının və müdafiə xərclərinin artması Avropada dövlət xərclərinin artımına səbəb olacaq. Bu da Avropa ÜDM-nə mənfi təsir edəcək.

 

• 2023-cü ildə müdafiə xərcləri, bərpa işləri və yaşıl enerji keçidinə investisiyalar artacaq.

 

• Əvvəlki illərdən fəqli olaraq qloballaşma meylləri azalacaq. Dünya iqtisadiyyatı “müharibə iqtisadiyyatı” rejiminə keçəcək və milli iqtisadi faydalar qloballaşmadan daha önə çıxacaq. Bu da “Qloballaşma ideologiyası”nı sarsıdacaq.

 

• Ənənəvi enerjinin ekoloji cəhətdən təmiz olmaması, alternativ enerjinin isə həm baha, həm də etibarsız olması dünya iqtisadiyyatının 2023-cü ildə qayğılarından biri olacaq.

 

• Ümumdünya Səhiyyə Təşkilatı öz mövcudluğunun vacib olmasını göstərmək üçün COV1D-19 pandemiyasının başa çatdığını və təhlükəsiz həyatın başladığını elan etməyəcək. Müddətlər uzaldılacaq.

 

• Dünyanın bir çox ölkələri dollardan asılılığını azaltmaq üçün yeni ehtiyat valyutadan istifadə etməklə bağlı bircə cəhd göstərəcəklər. Amma bu yaxın bir neçə ildə mümkün olmayacaq.

 

• Türkiyə dünyanın qlobal qərarları verən 5 ölkəsindən biri olmaq istiqamətində ciddi irəliləyişlər edəcək.

 

• Regionda Azərbaycan-Türkiyə münasibətləri daha da güclənək, Türk dünyasının vahid inteqrasiyası planları növbəti mərhələyə qədəm qoyacaq.

 

• İlin sonuna kimi müharibə bitməsə belə özünün köz dövrünü yaşayacaq.


Geri dön