Ana Sayfa > Karusel / Manşet > İsmayıllıda "BMW" və “Honda” markalı avtomobillər toqquşub, ölən var

İsmayıllıda "BMW" və “Honda” markalı avtomobillər toqquşub, ölən var


25-12-2022, 19:00. Yazar: Admin

İsmayıllıda "BMW" və “Honda” markalı avtomobillər toqquşub, ölən var

Bu gün saat 15:30 radələrində İsmayıllı-Qəbələ avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində "BMW" və “Honda” markalı avtomobillər toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, nəticədə sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 2002-ci il təvəllüdlü Nurlan Nağıyev aldığı xəsarətlərdən xəstəxanada ölüb. Hadisə zamanı xəsarət alanlar isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Geri dön