Ana Sayfa > Karusel / Manşet > ABŞ-ın vitse-prezidenti Harrisin iqamətgahına qanunsuz miqrantlar göndərilib
ABŞ-ın vitse-prezidenti Harrisin iqamətgahına qanunsuz miqrantlar göndərilib25-12-2022, 13:24. Yazar: Admin |
Birləşmiş Ştatlarda kəskinləşən miqrasiya böhranı sözün əsl mənasında vitse-prezident Kamala Harrisin qapısını “döydü”. Qarabaginfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, qeyri-qanuni mühacirlərin olduğu iki avtobus birbaşa onun Vaşinqtondakı iqamətgahına gətirilib. Könüllülər gəlib hamıya isti yorğan paylayana qədər insanlar yüngül geyimdə soyuqdan titrəyirlərmiş. Bu aksiyanın arxasında kimin dayandığı məlum deyil. CNN-nin xəbərinə görə, qaçqınları Harrisin evinə Texas qubernatoru tərəfindən şəxsən göndərilib Beləliklə, o, Ağ Evin səylə göz yumduğu problemə diqqət çəkmək istəyib. Qeyd edək ki, Vitse-prezident daha əvvəl ABŞ sərhədinin “təhlükəsiz” olduğunu demişdi. Geri dön |