Ana Sayfa > Karusel / Manşet > Naxçıvanlılar üçün daha bir şad xəbər – Fotolar
Naxçıvanlılar üçün daha bir şad xəbər – Fotolar25-12-2022, 12:37. Yazar: Admin |
Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda bayram yarmarkasına start verilib.
Qarabaginfo.az xəbər verir ki, təsərrüfatçılar heç bir rüsum ödəmədən yetişdirdiyi bol məhsulu rahat şəkildə satır, alıcılar isə keyfiyyətli yerli məhsulları daha ucuz əldə edirlər.
Bayramda ən çox tələbat olan məhsullardan hinduşka və toyuq əti 13 manata, diri hinduşkanın və toyuğun 1 kiloqramı isə 10 manata təklif olunur. Çaşır və baldırğan turşularının dəstəsi 50 qəpiyə, pendir 7, cəviz 6, lobyanın bir kiloqramı 5 manata satılır. Balıq məhsullarının qiyməti də alıcıların ürəyincədir. Bazarda yerli məhsullarla yanaşı, Azərbaycanın digər regionlarından gətirilmiş müxtəlif məhsulların da alıcısı çoxdur. Həmçinin sənaye müəssisələrində istehsal olunan məhsullar da topdansatış qiymətinə istehlakçılara təklif olunur. Bir sözlə, yarmarkada fermerlərə və digər torpaq mülkiyyətçilərinə hər cür şərait yaradılıb. Alıcılar da yüksək əhval-ruhiyyə ilə bayram bazarlığı edirlər. Yarmarka dekabrın 30-dək davam edəcək.
Geri dön |