Ana Sayfa > Karusel / Manşet > Nənə və nəvəni maşın vurdu, biri öldü

Nənə və nəvəni maşın vurdu, biri öldü


24-12-2022, 23:01. Yazar: Admin

Nənə və nəvəni maşın vurdu, biri öldü 

Bakının Xəzər rayonunda ağır yol qəzası zamanı uşaq ölüb.

Qarabaginfo.az "APA"ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Sovxoz adlanan ərazidə 1951-ci il təvəllüdlü Tubət Əliyeva və onun nəvəsi 2011-ci il təvəllüdlü Əliyev Tunar Rahil oğlunu minik avtomobili vurub.

Zərbənin təsirindən R.Əliyev hadisə yerində ölüb.

Onun nənəsi isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.


Geri dön