Ana Sayfa > Karusel / Manşet > Laçın-Xankəndi yolunda dinc aksiya davam edir
Laçın-Xankəndi yolunda dinc aksiya davam edir24-12-2022, 21:49. Yazar: Admin |
Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil edilən dinc aksiya davam edir. Etirazçılar bu saatlarda da plakat qaldırıb, şüarlar səsləndirirlər. Qarabaginfo.az xəbər verir ki, aksiya fəalları şüarlar səsləndirərək Azərbaycan tərəfinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Onlar yüksək vətənpərvərlik nümayiş etdirirlər. Etirazçılar qeyd edirlər ki, aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmət göstərilməlidir. (azertac.az) Geri dön |