Ana Sayfa > Karusel / Manşet > Azərbaycanda daha 72 nəfər COVID-19-a yoluxub, 4 nəfər ölüb

Azərbaycanda daha 72 nəfər COVID-19-a yoluxub, 4 nəfər ölüb


24-12-2022, 18:58. Yazar: Admin

Azərbaycanda daha 72 nəfər COVID-19-a yoluxub, 4 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 825 893 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 323 nəfər müalicə olunaraq sağalıb, 10 006 nəfər vəfat edib, aktiv xəstə sayı 564 nəfərdir.

Ölkədə son sutka ərzində 1957, hazırkı dövrədək isə 7 418 494 test aparılıb.


Geri dön