Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistan və Azərbaycan arasında bağlanacaq sülh müqaviləsində Qarabağın statusu məsələsinin həllini necə təklif olunduğunu şərh etməyib.
Qarabaginfo.az xəbər verir ki, Mixail Qaluzin “Ria Novosti”yə müsahibəsində deyib: “Vurğulamaq istərdim ki, sülh müqaviləsinin müzakirəsi birbaşa Bakı ilə İrəvan arasında aparılır”.
Qaluzin əlavə edib ki, “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2022-ci il oktyabrın 31-də Soçi sammitinin yekunu üzrə üçtərəfli bəyanatında qeyd olunduğu kimi, Moskva tərəflərə yalnız yardım göstərir”.
O deyib ki, belə həssas mövzu üzrə danışıqlar sırf məxfi xarakter daşıyır və Rusiya Xarici İşlər Nazirliyinin onların məzmunu, o cümlədən Qarabağ məsələsi ilə bağlı şərh vermək hüququ yoxdur, bu, işə yalnız zərər verə bilər.