Ana Sayfa > Karusel / Manşet > Məkkədə güclü yağışlar daşqınlara səbəb oldu - Video

Məkkədə güclü yağışlar daşqınlara səbəb oldu - Video


23-12-2022, 23:45. Yazar: Admin

Məkkədə güclü yağışlar daşqınlara səbəb oldu

Səudiyyə Ərəbistanının Məkkə şəhərində leysan yağışları daşqınlara səbəb olub.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, yağışlar səbəbindən Məkkə-Ciddə magistral yolu ehtiyat tədbiri olaraq bağlanıb.

Bildirilib ki, Məkkədə bir çox avtomobil sel suları nəticəsində zədələnib.

Məscidül-Həram Baş İdarəsindən verilən açıqlamada suyun boşaldılması üçün 200-dən çox müfəttiş və 4 mindən çox işçinin işə götürüldüyü bildirilib.

Ciddədəki Kral Əbdüləziz hava limanından verilən açıqlamada isə əlverişsiz hava şəraiti ilə bağlı bəzi uçuşların təxirə salındığı qeyd olunub.


Geri dön