Ana Sayfa > Karusel / Manşet > Təbrizli deputat: Konstitusiyaya əməl etsək insanlar bu qədər qəzəblənməyəcək
Təbrizli deputat: Konstitusiyaya əməl etsək insanlar bu qədər qəzəblənməyəcək23-12-2022, 22:58. Yazar: Admin |
İran parlamentinin Təbrizdən olan deputatı Məsud Pezeşkian həbs edilmiş etirazçılarla rəftar və onların mühakimə olunmasını İslam Respublikası hökumətinin “qanunsuz” davranışının nümunəsi hesab edib. Qarabaginfo.az-ın məlumatına görə, Pezeşkian bildirib ki, problem qanunun icrası ilə bağlıdır: "Bizim konstitusiyada kimisə 24 saatdan artıq həbsdə saxlamamaq, yaxud təqsirləndirilən şəxsin vəkillə təmin edilməsinə dair maddəlr var. Konstitusiyaya əməl etsək insanlar bu qədər qəzəblənməyəcək”.
Millət vəkili daha sonra bildirib: “Qanunu biz yazdıq, amma başqa iş görürük, başqa cür hərəkət edirik və cəmiyyəti qızışdıran da öz səhvlərimizdir”. Geri dön |