Ana Sayfa > Karusel / Manşet > Laçın yolunda aksiya bu gecə də davam edəcək

Laçın yolunda aksiya bu gecə də davam edəcək


23-12-2022, 22:22. Yazar: Admin

Laçın yolunda aksiya bu gecə də davam edəcək

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı davam etdirir.

Qarabaginfo.az xəbər verir ki, aksiya baş tutan ərazidə tonqallar qalanır. Havanın soyuq və şaxtalı olmağına baxmayaraq ekofəallar da aksiya bu gecə də davam etdirəcəklərini bildiriblər.


Geri dön