Ana Sayfa > Karusel > Tanışını öldürən şəxs TUTULDU

Tanışını öldürən şəxs TUTULDU


23-12-2022, 17:52. Yazar: Admin

Tanışını öldürən şəxs TUTULDU

 

Dekabrın 23-də Beyləqan rayonu ərazisində 1973-cü il təvəllüdlü Kamil Fərzəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Beyləqan rayon prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1978-ci il təvəllüdlü Rafiq Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarəti yetirərək Kamil Fərzəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rafiq Əliyev şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə istintaq davam edir.


Geri dön