Ana Sayfa > Karusel > Lavrov Qarabağdakı yataqlardan danışdı: “Razılıq pozuldu”

Lavrov Qarabağdakı yataqlardan danışdı: “Razılıq pozuldu”


23-12-2022, 17:31. Yazar: Admin

Lavrov Qarabağdakı yataqlardan danışdı: “Razılıq pozuldu”

 

"Təəssüflər olsun ki, razılıq pozuldu".

 

Qarabaginfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında Qarabağdakı yataqlarda monitorinq aparılması barədə suala cavabında deyib.

 

"İctimai rəyi sakitləşdirmək üçün haqqında söhbət gedən yataqlardan birinə baş çəkmək barəsində bir müddət əvvəl Rusiya sülhməramlılarının vasitəçiliyi sayəsində razılıq əldə olunmuşdu. Təəssüflər olsun ki, bu razılıq pozuldu".

 

Qeyd edək ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarının monitorinqinin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı QHT nümayəndələrinin və fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası 12 gündür davam edir.


Geri dön