Ana Sayfa > Karusel / Təhsil > “Talıbovun diplomunun saxta olduğunu sübut etmək...” – Mərdanovdan qalmaqallı açıqlama

“Talıbovun diplomunun saxta olduğunu sübut etmək...” – Mərdanovdan qalmaqallı açıqlama


23-12-2022, 15:36. Yazar: Admin

“Talıbovun diplomunun saxta olduğunu sübut etmək...” – Mərdanovdan qalmaqallı açıqlama

“Səsləndirilən  iddialar tamamilə yalandır. Əvvəla, o diplomun saxta olub-olmadığını sübut etmək lazımdır”. 

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Ölkə.Az-a açıqlamasında sabiq təhsil naziri Misir Mərdanov deyib. O, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq eks sədri Vasif Talıbova saxta diplom verməsi barədə iddiaları yalanlayıb:

“İkincisi, məhz o diplom verilən zaman təhsil naziri vəzifəsində çalışırdım. Üçüncüsü də, bir ildə ali məktəbi 3 min adam bitirirsə, rektor bütün diplomlara cavabdehdirmi?!”, - deyə o söyləyib.

Qeyd edək ki, Milli Məclisin deputatı Etibar Əliyev Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun saxta diplom aldığını yazıb. 

V.Talıbova BDU-da hüquqşünas ixtisası üzrə saxta diplom verən şəxsin BDU-nun eks rektoru, sabiq təhsil naziri Misir Mərdanov olduğu deyilir.


Geri dön