Ana Sayfa > Karusel > Medvedev Azərbaycan Prezidentini təbrik edib
Medvedev Azərbaycan Prezidentini təbrik edib23-12-2022, 13:34. Yazar: Admin |
Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu göndərib. Qarabaginfo.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafına böyük şəxsi töhfənizi Rusiyada yüksək qiymətləndirir, Sizi çoxşaxəli Rusiya-Azərbaycan əməkdaşlığının genişləndirilməsinin ardıcıl tərəfdarı kimi tanıyırlar. Əminəm ki, dinamik surətdə dəyişən beynəlxalq şəraitdə Rusiya ilə Azərbaycanın müttəfiqlik qarşılıqlı fəaliyyəti dost xalqlarımızın mənafeyi, Cənubi Qafqazda və Xəzər regionunda sülhün, sabitliyin təmin edilməsi naminə bundan sonra da genişlənəcək. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm". Geri dön |