Ana Sayfa > Karusel > Sülhməramlıların daha 11 maşını Laçın yolundan keçdi - YENİLƏNİB
Sülhməramlıların daha 11 maşını Laçın yolundan keçdi - YENİLƏNİB23-12-2022, 12:30. Yazar: Admin |
Bu gün Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Qarabaginfo.az xəbər verir ki, Laçından Xankəndi istiqamətində Rusiya sülhməramlılarına məxsus 6 ədəd təminat avtomobili azərbaycanlı ekofəalların keçirdiyi aksiya ərazisindən keçib. Bununla yanaşı, Rusiya sülhməramlılarına məxsus Xankəndidən Laçın istiqamətinə hərəkət edən 5 təminat avtomobilinin də keçidinə şərait yaradılıb. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Dinc aksiya iştirakçıları "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!" kimi şüarlar səsləndirirlər. Xatırladaq ki, etibarən azərbaycanlı ekofəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığındakı etiraz aksiyasına dekabrın 12-dən başlayıblar. Geri dön |