"Türkün gücünü dünyaya nümayiş etdirən Azərbaycan ordusuna bundan sonra heç kimin heç bir şəkildə yan baxmasına icazə verməyəcəyik".
Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
Hər iki ölkənin silahlı qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinin müasirləşdirilməsi üçün böyük səylə çalışdığını deyən Akar, bu çalışmaların böyük uğurla davam etdiyini bildirib.
"Hamınızın çox yaxşı bildiyiniz, lakin dünyanın eşitmək, görmək istəmədiyi çox ciddi qırğınlara, qatillərə və qətllərə məruz qalıblar. Yenə də onlara işgəncələr verildi. Bu hadisələr baş verərkən Avropa İttifaqı, NATO, Birləşmiş Millətlər Təşkilatı, digər ölkələr və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı təəssüf ki, bu məsələlərə toxunmadı, heç bir həssaslıq, maraq göstərmədilər, lazımi tədbir görmədilər. Rusiyanın həmsədr olduğu MINSK Qrupu - Amerika və Fransa bu mövzularda son dərəcə laqeyd qaldılar", - nazir Qarabağ məsələsinə toxunub.