Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Sabirabadda eşşək əti dağ keçisi əti adı ilə SATILIB
Ana Sayfa > Karusel > Sabirabadda eşşək əti dağ keçisi əti adı ilə SATILIB

Sabirabadda eşşək əti dağ keçisi əti adı ilə SATILIB


23-12-2022, 11:11. Yazar: Admin

Sabirabadda eşşək əti dağ keçisi əti adı ilə SATILIB

 

Sabirabadda uzunqulaq əti satmaq istəyən şəxs saxlanılıb.

 

DİN-in mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbir nəticəsində Yaxadəllək kənd sakini Tahir Məstəliyevə məxsus həyətyanı sahəyə və yardımçı təsərrüfata keçirilən baxış zamanı oradan 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunaraq götürülüb.

 

Araşdırmalarla T.Məstəliyevin həmin heyvanları dağ keçisi adı ilə satmaq məqsədilə kəsməsi müəyyən olunub.


Geri dön