Ana Sayfa > Karusel / Manşet > Zelenski Polşaya səfər edərək Andjey Duda ilə görüşüb

Zelenski Polşaya səfər edərək Andjey Duda ilə görüşüb


22-12-2022, 22:00. Yazar: Admin

Zelenski Polşaya səfər edərək Andjey Duda ilə görüşüb

Ukrayna Prezidenti Vladimir Zelenski polşalı həmkarı ilə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Zelenski “Facebook” səhifəsində məlumat yayıb.

 

“ABŞ-dan qayıdarkən Ukraynanın dostu, Polşa prezidenti Andjey Duda ilə görüşdüm. Biz genişmiqyaslı müharibə səbəbindən çətinliklərlə nəticələnən bir ili müzakirə etdik. Biz gələcək üçün strateji planları, ikitərəfli münasibətləri və 2023-cü ildə beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyəti müzakirə etdik”, - deyə Zelenski bildirib.

Dövlət başçısı sarsılmaz və güclü dəstəyə görə Polşa Prezidentinə təşəkkür edib.

Prezident Aparatının mətbuat xidmətinin məlumatına görə, prezidentlər Ukrayna dövlətinin müdafiə qabiliyyətinin gücləndirilməsi və xüsusilə də ukraynalı müvəqqəti miqrantlar üçün son dərəcə vacib olan humanitar məsələlərə yanaşı digər mövzulara toxunublar.


Geri dön