Ana Sayfa > Karusel / Qarabağ / Region > AKP sözçüsü: Heç kim Azərbaycan dövlətinin icazəsi olmadan ərazisində faydalı qazıntı işləri apara bilməz
AKP sözçüsü: Heç kim Azərbaycan dövlətinin icazəsi olmadan ərazisində faydalı qazıntı işləri apara bilməz22-12-2022, 17:21. Yazar: Admin |
Azərbaycan torpaqlarında heç kim Azərbaycan dövlətinin icazəsi olmadan faydalı qazıntı işləri apara bilməz. Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib. O qeyd edib ki, Laçın dəhlizindəki gərginlik də məhz bu səbəbdən baş verib. “Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki yaşayan ermənilərin Azərbaycan rəsmilərindən icazə almadan yataqlarda istismar işlərini davam etdirməsi qəbuledilməzdir. Ermənistan bölgədə artıq təxribatlardan çəkinməlidir. Bölgədə sülhün bərqərar olması hər kəs üçün xeyirli olacaq”, - Ömər Çelik əlavə edib. Geri dön |