Ana Sayfa > Karusel / Siyasət > Dövlət Xidməti: Könüllü döyüşə getmək istəyənlərin sayı 50 000-i ötüb

Dövlət Xidməti: Könüllü döyüşə getmək istəyənlərin sayı 50 000-i ötüb


21-07-2020, 16:20. Yazar: Admin

 

Dövlət Xidməti: Könüllü döyüşə getmək istəyənlərin sayı 50 000-i ötüb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 50 500-ə yaxın vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək haqqında könüllü olaraq öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

Bu barədə Qarabaginfo.az-a Dövlət Xidmətindən məlumat verilib. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti göstərdikləri yüksək vətənpərvərliyə görə vətəndaşlarımıza bir daha təşəkkürünü bildirir.


Geri dön