Ana Sayfa > Karusel > Naxçıvan Ali Məclisi buraxılacaq? - Konstitusiya Məhkəməsində baxıla bilər
Naxçıvan Ali Məclisi buraxılacaq? - Konstitusiya Məhkəməsində baxıla bilər22-12-2022, 14:50. Yazar: Admin |
27 il Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri işləyən Vasif Talıbov dünən istefa verib. Bəzi iddialara görə, tezliklə Naxçıvanın MR-in idarəetməsilə bağlı yeniliklərin şahidi ola bilərik. Hətta Naxçıvanın muxtar respublika statusunun ləğvi məsələsindən danışılır.
Əliməmməd Nuriyev Naxçıvan MR-in statusunun ləğvi məsələsinə də toxunub:
Hüquqşünas onu da vurğulayıb ki, Azərbaycan Respublikasının yurisdiksiyası Naxçıvan Muxtar Respublikasında bərpa edilməlidir: “Azərbaycan Respublikasının Konstitusiyasına görə, Naxçıvan Muxtar Respublikasının cəmi 7 səlahiyyəti var. Bu səlahiyyətlər daha çox təşkilati-prosedur xarakteri daşıyır. Naxçıvan MR-in turizm, səhiyyə, təhsil kimi sahələrdə səlahiyyətləri var. Hesab edirəm ki, Naxçıvan Muxtar Respublikası yalnız bu səlahiyyətlərə uyğun fəaliyyət göstərməlidir. Naxçıvan Muxtar Respublikası Azərbaycanın yurisdiksiyasına qaytarılmalıdır. Çünki Naxçıvanda baş verən bir sıra məsələlər elə təəssürat yaradır ki, sanki muxtar respublika Azərbaycan Respublikasının yurisdiksiyasınadan kənardadır. Bununla bağlı olaraq Naxçıvan MR-in Konstitusiyasına da müvafiq dəyişiklik edilməlidir. Eyni zamanda, Nazirlər Kabinetinin təşkili məsələləri öz həllini tapmalıdır”. Geri dön |