Ana Sayfa > Karusel > Peskov Paşinyana cavab verdi: Əlimizdən gələni edirik
Peskov Paşinyana cavab verdi: Əlimizdən gələni edirik22-12-2022, 14:40. Yazar: Admin |
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlıları ilə bağlı tənqidi fikirlərinə münasibət bildirib.
Qarabaginfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Peskov ölkəsinin imzalanan müvafiq sənədlərə uyğun şəkildə fəaliyyət göstərdiyini deyib.
O qeyd edib ki, Rusiya Ermənistanla rus sülhməramlıların fəaliyyətini müzakirə etməyə davam edəcək. "Sülhməramlılar ərazidə qayda-qanunu təmin etmək məqsədilə əlindən gələni edir", - deyə sözçü bildirib.
Qeyd edək ki, Paşinyan sülhməramlıların öhdəliklərini tam olaraq yerinə yetirmədiyini söyləmişdi. Geri dön |