Ana Sayfa > Karusel > Vasif Talıbova yazılan şeir - Oğlunun səhifəsində “Naxçıvan xanı” kimi VƏSF OLUNUB

Vasif Talıbova yazılan şeir - Oğlunun səhifəsində “Naxçıvan xanı” kimi VƏSF OLUNUB


22-12-2022, 11:18. Yazar: Admin

 

Vasif Talıbova yazılan şeir - Oğlunun səhifəsində “Naxçıvan xanı” kimi VƏSF OLUNUB

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun istefaya getməsi hazırda mətbuatın və sosial şəbəklərin ən çox müzakirə etdiyi mövzudur.

Bəzən sosial şəbəkələrdəki bir çox müzakirələrdə Vasif Talıbovu “Naxçıvan xanı” adlandıranlar olur. Çoxları elə bilir ki, bu ləqəbi Vasif Talıbovdan xoşu gəlməyənlər onu “vurmaq” üçün istifadə edirlər. Ancaq belə deyilmiş və Vasif müəllim təsadüfən "Naxçıvan xanı" adlandırılmırmış...

Məlumatlara görə, Naxçıvandakı vəzifəli şəxslər öz aralarında, hökumət kuluarlarında, qapalı dairələrdəki söhbətlərdə onun haqqında danışarkən Vasif Talıbovdan “Xan” deyə bəhs olunurmuş.
 
Deyilənə görə, hətta bundan Vasif müəllimin özünün də xəbəri varmış.

Modern.az bu mövzu ilə bağlı araşdırma apararkən Vasif Talıbovun böyük oğlu, Dövlət Miqrasiya Xidmətinin Baş idarə rəisi Rza Talıbovun “İnstaqram” səhifəsində maraqlı bir paylaşıma rast gəlib.

Belə ki, Rza Talıbov ötən il yanvarın 14-də “İnstaqram”da atasının ad günü ilə bağlı təbrik mesajı yazıb. Bu mesaja gələn çoxsaylı şərhlərdən biri Vasif Talıbuvun şəninə yazılan şeirdən ibarətdir.

Müəllifi Məlahət Sahibqızı olan bu şeirdə Vasif Talıbov “Naxçıvan xanı” kimi vəsf olunub.

Maraqlıdır ki, Rza Talıbov da bu şeiri öz səhifəsindən silməyib. Görünür atasının vəsf olunduğu həmin şeir onun da xoşuna gəlib, əks halda öz səhifəsindən silər, bir ildir ki “İnstaqram”da saxlamazdı.

Rza Talıbovun “İnstaqram” səhifəsində yazılmış şeiri diqqətinizə təqdim edirik:


Vəsfi Vasif - Xani Naxçıvan

Vasif Talıbov Naxçıvanın xanı,

Gözəl qurub, yaradıb Naxçıvanı.

Naxçıvanda çox sevir onu hamı,

Vasif Talıbov Naxçıvanın xanı.
 

Çox gözəllik yaratdı Naxçıvanda

Xalq gözəl yaşasın, doğma məkanda.

Xoş olsun günləri hər bir zamanda,

Vasif bəy də xan olsun Naxçıvanda.
 

Yaratdı şəhərdə çox gözəlliklər,

Xoşbəxt yaşasın orda gənclər.

Vasif bəydə var hələ böyük hünər,

Naxçıvan xalqı da onu çox sevər.
 

Hər zaman xalqının dayağı olur,

Hər bir insanın da qeydinə qalır.

Onun qəlbi xalqla, millətlə vurur,

Naxçıvan xalqı onla qürur duyur.
 

Doğmadır, əzizdir hər an Naxçıvan,

Vasif bəy ucalır göyə hər zaman...

Naxçıvan xalqı çox razıdı ondan.

Allah sizi qorusun gözəl insan.
 

Şəhid ailələrinə dayaq durur,

Hər zaman onların yanında olur,.

Ruzisin onlarla tən yarı bölür,

Ağlıyanla ağlar, gülənlə gülür.
 

Hər kəsin dərdinə o şərik olur,

Çətin gündə xalqla bərabər olur.

Xalq üçün yaşayır, xalq üçün qurur,,

Ən çətin günlərə o sinə gərir.
 

Vətənə sevgisi hey aşıb, daşır,

Gözəllik Naxçıvana çox yaraşır.

Dağları, düzləri çox gözəlləşir,

Gələn qonaqları da doğmalaşır.
 

Dərdlərə dərman Naxçıvan sirabı,

Yayılıb dünyaya gözəl sorağı.

Hər yandan gəlir onun qonağı.

Hər zaman var olsun Vasif xanı.
 

Gözəldir Batabatın sehrəngahı,

Əlincə qalasının düzəngahı.

Aşabi Kəyfin də ziyarətgahı.

Allah səni qorusun Naxçıvan şahı.
 

Düz dağı dərmandı hər bir insana,

Şəfaya ümid edib dərdi olana.

İnamla yanaşır ehtiyacı olana,

Qocaya, yaşlıya, həm də cavana.

 


Geri dön