Ana Sayfa > Karusel / Manşet > Serbiya Prezidenti Azərbaycana səfərindən YAZDI

Serbiya Prezidenti Azərbaycana səfərindən YAZDI


21-12-2022, 22:46. Yazar: Admin

Serbiya Prezidenti Azərbaycana səfərindən YAZDI

Serbiya Prezidenti Aleksandar Vuçiç "Facebook" səhifəsində Azərbaycana səfəri ilə bağlı paylaşım edib.

Qarabaginfo.az xəbər verir ki, o, paylaşımında Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

"Qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və Serbiya ilə səmimi dostluğa görə Azərbaycan xalqına təşəkkür edirəm. Mən hər dəfə Bakıya gələndə çox böyük və inanılmaz tərəqqi görürəm ki, bu da Prezident İlham Əliyevin rəhbərliyinin gücünün göstəricisidir. Biz Azərbaycanın səmimi dostları olaraq buna sevinirik”, - o qeyd edib.


Geri dön