Ana Sayfa > Karusel / Təhsil > DİM sədri: Yeni imtahan mərkəzi gələn il təhvil veriləcək

DİM sədri: Yeni imtahan mərkəzi gələn il təhvil veriləcək


21-12-2022, 16:50. Yazar: Admin

DİM sədri: Yeni imtahan mərkəzi gələn il təhvil veriləcək

“Yeni imtahan mərkəzi təhvil veriləndən sonra imtahanların çoxu kompüter üzərindən aparılacaq”.

Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, yeni imtahan mərkəzinin gələn ilin ortasında təhvil veriləcəyi gözlənilir:

“Orada 850-dən çox şəxsin eyni anda imtahan verməsi üçün şərait olacaq. Bu vaxta qədər elektron imtahanları həftənin müəyyən günlərində keçirirdik. Lakin bina hazır olandan sonra cədvələ də dəyişiklik olacaq və orada demək olar hər gün imtahan keçiriləcək".


Geri dön