Ana Sayfa > Karusel / Qarabağ > “Xənkəndidən ermənilər zəng edib bizi söyür” – Şok açıqlama

“Xənkəndidən ermənilər zəng edib bizi söyür” – Şok açıqlama


21-12-2022, 16:29. Yazar: Admin

“Xənkəndidən ermənilər zəng edib bizi söyür” – Şok açıqlama

“Onlar bizim vətəndaşlarımızdır və onlara kömək etməliyik”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

O əlavə edib: “Dilarə Əfəndiyeva indiyə qədər Azərbaycanı sevən erməni vətəndaşları ilə iş görüb. Həm də Qarabağda Dilarə xanımın işlədiyi insanlar var. O vaxtı xaricdən gəlib burada seminarlar keçirirdilər ki, sülhlə necə yaşamaq olar...”

N. Cəfəroğlu Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi”nin rəhbəri Dilarə Əfəndiyevanın Qarabağ erməniləriylə bağlı fikirlərinə toxunub.

Xatırlatma: D. Əfəndiyeva bildirmişdi ki, onun QHT-si “qaynar xətt” yaradıb və onun vasitəsilə Xankədidən çoxsaylı zənglər edilir.

Müsahibimiz əlavə edib: “Dilarə xanımın həm öz telefonuna, həm də “qaynar xətt”ə çoxlu müraciətlər olub. Amma onların adlarını açıqlaya bilmərik, desək, bu, həmin ermənilərin ziyanına olar. Doğrudur, elələri var, zəng edib bizdən nəsə xahiş edib, elələri də var ki, nömrəni yığıb söyürlər. Söyən isə istəyənlərdən daha çoxdur”.

Hüquq müdafiəçisi söyləyib ki,  onlar Azərbaycan vətəndaşıdır:

“Bütün dünya Xankəndinin bizim ərazi olduğunu təsdiqləyib. İstəsəniz də, istəməsəniz də onlar vətəndaşımızdır. Buna görə də çalışın bu fikirləri öz dost-tanışlarınıza da deyin. Onlara vətəndaş münasibəti göstərməliyik. Niyə yardım etməyək ki? Həmişə demişik ki, Konstitusiyamızı qəbul edib pasport alsınlar, milli valyutamızdan istifadə etsinlər, onda istənilən köməyi əsirgəmərik. Dilarə Əfəndiyeva da o sözləri bu məntiqlə deyib”.


Geri dön